Premyer-liqa
Çeran: "Xəzər Lənkəran"la oyun bizim üçün çox önəmli idi"
“Simurq”un serbiyalı futbolçusu Draqan &Cced…
“Simurq”un serbiyalı futbolçusu Draqan Çeran futbolinfo.az saytına müsahibəsi:
– Əvvəla “Xəzər Lənkəran”la keçirilən oyunla bağlı fikirlərinizi bilmək istərdik. Evdə 2:0 hesabı ilə qələbə qazandız…
– “Xəzər Lənkəran”la oyun bizim üçün çox önəmli idi. Oyun çox ağır keçdi. Sevinirəm ki, qalib gəldik.
– “Xəzər Lənkəran”la oyun bizim üçün çox önəmli idi. Oyun çox ağır keçdi. Sevinirəm ki, qalib gəldik.
– Mövsüm başlayandan bəri 7 dəfə fərqlənməklə bombardirdən 2 qol arxadasız. Necə düşünürsünüz bombardirlər sırasında yer ala biləcəksiz?
– Mənim üçün daha vacibi komandanın qələbə qazanmasıdı. Əsas odu ki, “Simurq” qələbə qazansın. Fərqi yoxdu, kim qol vurur.
– Mənim üçün daha vacibi komandanın qələbə qazanmasıdı. Əsas odu ki, “Simurq” qələbə qazansın. Fərqi yoxdu, kim qol vurur.
– Qışda komandanız yeni transferlər etdi və daha güclü çıxışı hədəfləyir. Sizcə, “Simurq” medal qazananlar sırasında ola biləcəkmi?
– Biz hər oyun keçdikcə daha yaxşı təsir bağışlayırıq. Komandada hər kəs əlindən gələni edir. Düşünürəm ki, ilk 4-lükdə ola biləcəyik.
– İlk 1 və 2-ci dövrələri yaxşı keçirdiniz. Maraqlıdı, hər hansı bir klubdan təklif almısınızmı?
– Xeyr. Bu barədə danışmaq istəmirəm. Bütün diqqətimi “Simurq”a kökləmişəm.
– Xeyr. Bu barədə danışmaq istəmirəm. Bütün diqqətimi “Simurq”a kökləmişəm.
– “Simurq” qış transfer pəncərəsində 3-4 futbolçu ilə güclənib. Həmin oyunçular uyğunlaşmaqda çətinlik çəkmirlər?
– Yeni transfer olunanlar yaxşı futbolçulardı. Komandaya qısa müddət ərzində uyğunlaşıblar. Ümid edirəm ki, onlar “Simurq” üçün faydalı olacaqlar.
– Yeni transfer olunanlar yaxşı futbolçulardı. Komandaya qısa müddət ərzində uyğunlaşıblar. Ümid edirəm ki, onlar “Simurq” üçün faydalı olacaqlar.
ZAMİN ALLAHVERDİYEV