Dünya futbolu
10 milyona al, 3 milyona sat
İngiltərənin "Kristal Palas" klubu “Mançster…
İngiltərənin "Kristal Palas" klubu “Mançster Yunayted”ə məxsus olan Uilfrid Zahanın keçidini həll edib. Futbolinfo.az xəbər verir ki, London klubu gənc yarımmüdafiəçinin transfer hüququna yiyələnib.
Müqavilənin şərtləri açıqlanmayıb. Mətbuatda yayılan iddialara görə, "Kristal Palas" Zaha üçün 3 milyon funt-sterlinq ödəməyəcək. Daha 3 milyon funt-sterlinq isə bonus şəklində mankunyanların hesabına köçürüləcək.
Qeyd edək ki, Zaha 2013-cü ilin yanvarında elə "Kristal Palas"dan "qırmızı şeytanlar"ın heyətinə transfer olunmuşdu. Həmin vaxt futbolçuya görə 10 milyon avro ödənmişdi. Zaha Aleks Ferqyussonun "Yunayted"də sonuncu transferi olmuşdu.