Ölkə futbolu
"Topaz" ləğv edilə bilər
Azərbaycanda fəaliyyətdə olan idman mərc oyunlarının ləğv olu…
Azərbaycanda fəaliyyətdə olan idman mərc oyunlarının ləğv olunması ilə bağlı təklif irəli sürülüb. Futbolinfo.az xəbər verir ki, belə bir təkliflə Milli Məclisin ötən gün keçirilən iclasında millət vəkili Qüdrət Həsənquliyev çıxış edib.
Həsənquliyev idman mərc oyunlarının vacibliyini vurğulayıb: “Vaxtı ilə Heydər Əliyev yaxşı ki, Azərbaycanda kazinoları yığışdırtdı. O, bu addımı atmaqla çox ailəni, gənci bəladan xilas etdi. İndi isə idman mərc oyunları ailələrdə problemlər yaradıb. Nə qədər ailələrin uşaqları bu bəlaya düçar olub”.
Qüdrət bəy idman mərc oyunlarını keçmişdə olduğu kimi "super lotto" əvəzlənməsini təklif edib. Onun bu fikri ilə Milli Məclisin sədri Oqtay Əsədov da razılaşıb.
Qeyd edək ki, “Topaz” Azərbaycan Premyer Liqasının rəsmi sponsorudu.