Premyer-liqa
"Sumqayıt" yoxlama oyunu keçirəcək
Topaz Premyer Liqasının 3-cü dövrəsinə "İnter"…
Topaz Premyer Liqasının 3-cü dövrəsinə "İnter"lə heç-heçə (0:0) ilə başlayan "Sumqayıt" 20-ci turda istirahət edəcək. Futbolinfo.az xəbər verir ki, bu səbəbdən də Aqil Məmmədovun komandası yoxlama oyunu keçirmək qərarına gəlib.
Belə ki, "kimyaçılar" 1-ci divizion təmsilçisi "Rəvan"la yoxlama oyunu keçirəcək. Görüş fevralın 5-də saat 13:00-da "Bayıl Arena"da baş tutacaq.
(Klub saytı)