Bizi izləyin

Ölkə futbolu

Kasıbçılıqdakı kəramət

Hər pisdə bir yaxşı axtarmağa dəyər. Bu səbəbdən neftin ucuz…

blank
Hər pisdə bir yaxşı axtarmağa dəyər. Bu səbəbdən neftin ucuzlaşmasında da kəramət var. Qara qızılın dəyərdən düşməsi ölkəmizin iqtisadiyyatına mənfi təsir göstərsə də, məmurların, biznesmenlərin, səlahiyyət sahiblərinin fikirləşməsi, daha optimal variantları seçməsi üçün zərurət yaratdı.
Azərbaycanda bir qrup futbolçu var ki, yatmadıqları qapı yoxdu. “Xəzər Lənkəran”ın imkanlı vaxtlarında Mübariz Mənsimovun pullarının işığına yığışıblar, “Bakı”nın büdcəsi aşıb-daşanda Hafiz Məmmədovun. Ümumiyyətlə, hansı klubda pul-para məsələsi peşəkarlıqdan daha önəmli olubsa, onlar da orada zühur ediblər. Elə “Neftçi”, “Qəbələ”, “İnter”, vaxtilə “Şəmkir” və “Karvan” da onlar üçün həyatının komandası olub.
İndi çaylar quruyub. Daha istədiyi pulla səviyyəsi uyğun gəlməyən Saşa Yunisoğlu, Rail Məlikov, Branimir Subaşiç, Amit Quluzadə, Vaqif Cavadov, Mahir Şükürov dayaz sularda üzmür. Kamran Ağayev də belə etdi. Adı az qala hər mövsüm bir xarici klubla yanaşı hallanan, amma evdə milyonlar qazandığı üçün o təkliflərə gözünün ucu ilə də baxmayan millinin qapıçısı baş götürüb getdi.
Bunu neçə illərdi deyirik. Güclü milli komandamız olmasını istəyiriksə, yaxşı legionerlərimiz olmalıdı. Ola bilsin, heyətə düşmək baxımından çətinlik çəkəcəklər, uyğunlaşa bilməyəcəklər, amma istənilən halda bu olmalıdı. Evdə arzuladığı pulları rahat şəkildə ala bilməyirlərsə, onu qazanmaq üçün can qoyacaqlar. Necə ki, bunu Vaqiflə Mahir edir. Ərköyünlüyə öyrənən Kamran da qazanmaq üçün Qəbələdə, Lənkəranda şelləndiyi günləri yaddan çıxarıb əsl futbol oynamalıdı. Artıq əziyyətsiz qazanılan yüzminlər olmayacaq, ancaq oynayıb, nəsə əldə etməlidi.
Hələ 1-2 oyunçu da ölkədən qovulmalıdı. Yalnız layiq olduğu pulu təklif etməklə Əfran İsmayılovu, Nizami Hacıyevi, Elvin Məmmədovu, Ruslan Abışovu, Araz Abdullayevi, Rauf Əliyevi, pul bolluğundan azğınlaşan Elnur Allahverdiyevi də yola salmalıyıq. Belə olsa, onlardan kimsə məcbur qalıb, özünü göstərəcək, daha yaxşı klublara transfer olunacaq, yaşı ötən və potensialı olmayanlar isə Saşa Yunisoğlu kimi Bakı küçələrində veyillənəcək. Onların əvəzində Məqsəd İsayev, Nurlan Novruzov, Rəhman Hacıyev, Elvin Camalov, Elnur Cəfərov və başqaları yetişəcək.
Ümumiyyətlə, bizim futbolçuların ölkədən getməsi üçün sanki nəsə fövqəladə şeylər olmalıdı. Məlum qalmaqal üzündən ölkə çempionatı dayanan zamamı xatırlayın. O vaxt indi yaxınına gedə bilmədiyimiz Ukraynada 10 futbolçumuz çıxış edirdi. Rəqabət nəticəsində onların bir neçəsi özünü sübut da edə bildi. Hamının başına and içdiyi Kamal Quliyev “Volın”da azarkeşlərin sevimlisi idisə, Tərlan Əhmədov, Fərrux İsmayılov daim məşqçilərin güvəndiyi adlara çevrilmişdi. Mahmud Qurbanov “professor” ləqəbini, Samir Əliyev Rusiya çempionatına dəvəti orada aldı. Hələ o vaxt üçün nisbətən zəif futbolçularımızın İran çempionatını Azərbaycan birinciliyinə çevirdiyini də unutmayaq.
Sonra nə oldu? Azərbaycanda futbola böyük sərmayələr qoyuldu, həmin oyunçular təcili vətənə qaçdı. Beləcə Samir potensialına xəyanət edib, “Xəzər Lənkəran”ın verdiyi böyük pullara aldandı, digər biri “Karvan”ı, nə bilim daha hansı komandanı seçdi. Hamı böyük pullar qazandı, əvəzində ölkə futbolu bir addım da inkişaf etmədi, hamının qapazaltısı olduq. Və bir gün – neft ucuzlaşanda anladıq ki, bu futbolçulara böyük pullar verməklə həm onları məhv etmişik, həm də özümüzü.
P.S.: O da maraqlıdı ki, həmişə hansısa problem üzündən ölkədən getməyə məcbur olan futbolçulardan istedadı olanlar xaricdə baş çıxarıb. Rusiyada iz qoyan, “Betis” azarkeşlərinin ürəyinə yol tapan, hətta Portuqaliyada da oynayan Vəli Qasımovu, Rusiyada “Spartak”ın hakimiyyətinə son qoyan, Vladiqafqazın fəxri olan Nazim Süleymanovu xatırlayın. Onlar “Neftçi”dən küsdürüldükdən sonra böyük futbolçu oldu. Elə İsgəndər Cavadov da Moldovada istedadını göstərə bildi.
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-05 08:00

“Sumqayıt”a son dəqiqə şoku, “Neftçi” üçün 5 ballıq zəlzələ

blank
Dünya futbolu2024-05-05 01:35

“Real” 36-cı çempionluğunu rəsmiləşdirdi

blank
Dünya futbolu2024-05-05 01:22

“Monako”dan darmadağın

blank
Dünya futbolu2024-05-05 01:04

“İnter”i məğlub edən tapıldı

blank
Dünya futbolu2024-05-05 00:45

“Ştutqart” “Bayern”ı məğlub yola saldı

blank
Digər idman növləri2024-05-05 00:23

Azərbaycan cüdoçularından Göygol Avropa Kubokunun ilk günündə 10 medal

blank
Dünya futbolu2024-05-05 00:05

Liderlərdən darmadağın

blank
Dünya futbolu2024-05-04 23:38

Şahruddinin komandasından səfər qələbəsi

blank
Premyer-liqa2024-05-04 23:05

“Neftçi”yə qarşı hamı istəkli oynayır” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-04 22:58

“Səhvlərimiz kifayət qədər çox idi” – Bojoviç

blank
Ölkə futbolu2024-05-04 22:43

“Qarabağ” Bəhlulla yeni müqavilə bağladı

blank
Premyer-liqa2024-05-04 22:10

“Qarabağ”dan “Neftçi”yə 5 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2024-05-04 21:21

“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-05-04 21:00

Rahil Məmmədovun komandası yenə uduzdu

blank
Premyer-liqa2024-05-04 19:52

“Kəpəz”lə “Sumqayıt”ın heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2024-05-04 19:10

Adil Şükürov: “Vəziyyəti bu həddə “Sumqayıt” tərəfi çatdırdı” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:59

Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:23

“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə

blank
Digər idman növləri2024-05-04 17:42

Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb

blank
Digər idman növləri2024-05-04 17:20

Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-04 17:01

Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazandı

blank
Digər idman növləri2024-05-04 16:47

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb

blank
Digər idman növləri2024-05-04 16:34

Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib

blank
Ölkə futbolu2024-05-04 16:18

Yunanov bu gün mükafat alacaq

blank
Digər idman növləri2024-05-04 16:00

Bakıdakı Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

blank
Milli komanda2024-05-04 15:39

Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu

blank
Digər idman növləri2024-05-04 15:20

“Bakı Marafonu-2024”ə görə bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq

blank
Ölkə futbolu2024-05-04 14:46

“Kəpəz”də 4 itki

blank
Ölkə futbolu2024-05-04 14:03

“Kəpəz”in elitada qalması yeni imkanlar yaradacaq” – Millət vəkili

blank
Digər idman növləri2024-05-04 13:22

Millimizdən Avropa kubokunda bürünc medal

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm