Premyer-liqa
Tuyqun Nadirov: "İnanmıram ki, Elnur bundan sonra…"
"Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadiro…
"Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov "ağ-yaşıllar"ın sabiq futbolçusu Elnur Abdullayevlə bağlı maraqlı açıqlama verib. Futbolinfo.az saytına danışan klub rəsmisi Abdullayevin "Simurq" forması ilə "Xəzər Lənkəran"a qol vurduqdan sonra dəlicəsinə sevinməsinə belə münasibət bildirib:
"Elnur Abdullayev belə pis futbolçu olmayıb. Zaqatalada qol vurduqdan sonra gəlib, suni otu öpdü. Təki digər komandalara da qol vursun. Amma inanmıram ki, o, bundan sonra hansısa kluba qol vura bilsin".
Qeyd dək ki, Abdullayev qış fasiləsində "Xəzər Lənkəran"dan "Simurq"a keçib. Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində sabiq komandasına qarşı oyunda debüt edən futbolçu 1 qol da vurub.