Bizi izləyin

Ölkə futbolu

Elxan Məmmədov: “PFL çox çətin vəziyyətdədi”

Bu gün “Hilton” otelində Klublar Komitəsinin 3-c&uu…

blank
Bu gün “Hilton” otelində Klublar Komitəsinin 3-cü iclası keçirilib. Budəfəki iclasda AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib. O, iclasdan çıxdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
– Eddi İsrafilovun Bakıya gəlməsi ilə bağlı nə deyə bilərdiz? 
– Onu tanışlıq məqsədilə dəvət etmişdik. İstəmirdik ki, birbaşa təlim-məşq toplanışına qatılsın. Gəlmək istədiyini bildirdi. Biz də  onu qarşıladıq. Özü bəzi hüquqi sənədləri də həll edirdi. Çünki onun yaxın qohumları – nənəsi və xalası da burda yaşayır. Şəhəri gəzdi, AFFA-da oldu, görüşdük. Ayrıca olaraq, baş məşqçi Robert Prosineçki ilə də görüşüb. Yəni Bakıya öz işləri ilə bağlı gəlib. Heç bilməzdim rus dilində də danışmağı bacarır.

– "Qranada" oyunları olduğundan Eddini millinin toplanışa buraxmayacaq…
– Prosineçki ilə danışdım. Dedi ki, çağırmayacağam. Çünki təlim-məşq toplanışı müddətində "Qranada"da oynamağını istəyir. Prosineçki deyir, mən çağırsam, buraxarlar. Onun İspaniyada hörməti çoxdur. Sadəcə olaraq bundan istifadə etmək istəmir. Çünki bizə onun oynaması lazımdır.

– Toplanış vaxtı millinin rəqibləri məlum olub?
– İki ölkə ilə danışıqlar gedir. Klublar da gündəmdə var. Bizi Dubaya dəvət etdilər, ancaq biz Antalyanı seçdik. Çünki U-16 və U-21 Antalyada olacaq. Prosineçki də gənclərin oyununu izləmək istəyir. Baş məşqçi ilə danışdıq. Oyun olsa, lap yaxşı olar. Rəqiblər arasında İordaniya, Yəmən və Moldova yığmaları var. Belarus da var idi, sadəcə, tarixləri bizimlə uyğun gəlmədi.

– Yəmən əvvəlcə sizinlə razılığa gəlib, sadəcə, maliyyə məsələlərində razılaşmamışdınız…
– Bəli, onlar bizə şərtlər göndərmişdi ki, yol pullarını ödəyək. Onların otel, yemək xərclərini də ödəməyimizi istəyirdilər, ancaq razılaşmadıq.

– Mart ayında 17 yaşlılardan ibarət milli komandanın elit-round oyunları var. Hər kəs bu oyunları gözləyir, amma futbolçular maaş dərdi çəkir. Hələ 3000 mükafatları verilməyib…
– İlk növbədə biz nə məbləğ deyiriksə, onları da ödəyirik. Baş məşqçiyə də məlumat vermişdik ki, fevralın 15-dək pullar ödəniləcək. Mükafatlar müxtəlif faizlərə görə hesablanır və təqdim olunur. Çünki bu onların uğurlarıdır.

– Düzdür, bu onların haqqıdır. Ancaq 17 yaşlı birinin vətəndən, millətçilikdən öncə pulu fikirləşməsi nə dərəcədə doğrudur?
– Biz noyabrda demişdik ki, fevralın 15-dək pullar veriləcək. Bu vaxtadək futbolçulardan heç biri pula görə bizə müraciət etməyib.

– Nəyə görə, 17 yaşlı futbolçu pulu fikirləşməlidir? Mirbağır İsayev xalqı sevindirmək, tarix yazmaq istədiklərini deyir. Amma onun yetirmələri 3000 manatdan danışır..
– Təbii ki, bu, düzgün yanaşma deyil. Futbolçular heç bir yerdən pul almır və bu onların işidir. Əgər biz peşəkar futboldan danışırıqsa, pul verilməlidir. Sadəcə, bu pullar uşaqlara yox, onların valideynlərinə veriləcək. Mən elit-round oyunlarında da oldum və gözəl mübarizə gördüm.

 
– U-21-in qarşıdakı əsas vəzifəsi nə olacaq? Seçmə mərhələ, yoxsa futbolçu yetişdirmək?
– Hərdən UEFA-da da bunu müzakirə edirlər. Bəzi ölkələr buna inkişaf, bəziləri isə nəticə komandası kimi baxır. İnkişafa etmiş ölkələrə baxsaq, onların U-21 futbolçuları güclü klublarda oynayır. Bizim ölkələr üçün Azərbaycan, Gürcüstan və bu kimi digər ölkələrin əsas məqsədi milli komandanı formalaşdırmaqdır. Balkan ölkələri üçün U-21 böyük klublara keçid vəsiqəsidir. Bizdə U-21 körpü məqsədi daşıyır. Araz Abdullayevi "Everton" necə gördü? Millidə oynadı, Şotlandiyaya qol vurdu və tanındı. Ancaq biz çalışmalıyıq ki, U-19 və U-21 nəticə qazansın. 

– Robert Prosineçki müsahibəsində Xorvatiya ilə oyundan öncə Şotlandiya yığması ilə görüşəcəklərini demişdi və bu qarşılaşma efirdə yayımlanmalı idi…
– Orada televiziya agentliyi çox ağır şərtlər irəli sürüb. Təəssüflər olsun ki, Azərbaycan bazarı yayma bu məbləği verməyə hazır deyil. Onlar yayıma görə həmişə böyük ölkələrə qarşı oynayırlar.

 
– Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdan şikayətlər olub. Hətta Anar Salmanov öz şikayətini Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məktub şəklində göndərib. Bu məsələlərdən xəbəriniz var? Nə baş verir?
– Bəli. Burada birbaşa məsuliyyət sədr olduğu üçün Xaqani Məmmədovun öhdəsinə düşür. Bu barədə Ramin Musayevlə də söhbətimiz olub. Anar Salmanova 1-ci divizionda şans verildi və yenə səhv etdi. İnsan öz üzərində işləməlidir və inkişaf etməldir. Mən Xaqani müəllimi müdafiə etmirəm, gördüyümü deyirəm. Mən Anarla da söhbət etmişəm. Ona dedim ki, FİFA referiliyinə namizədliyi Xaqani Məmmədov verir. Çünki hakimlərin necə hazır olduğunu o bilir. Futbolçuları toplanışa kim aparır? Baş məşqçi seçir mənə göndərir. Mən də siyahını təsdiqləyirəm. Burda da o cürdür. Xaqani müəllim qol çəkirsə, biz də təsdiqləyirik. Təəssüflər olsun ki, FİFA baxır ki, bizə adını yazıblar, amma çempionatda yoxdu.
 
– Geridə qalan müddətdə Məşqçilər Komitəsinin fəaliyyətini necə dəyərləndirirsiniz?
– Hələ cavan komitədir, cəmi iki aydır fəaliyyət göstərir. Ancaq çox yaxşı başlayıblar. Martın 6-da İcraiyyə Komitəsinin iclasında hesabat veriləcək. Çox aktiv iş görürlər. Onlar futbol veteranı yox, mütəxəssislərdir. Çünki birbaşa məşqçilərlə futbolçularla işləyirlər. Onlar hər bir futbolçunu yaxşı tanıyır və boş-boşuna danışmağı sevmirlər.

– Nazim Süleymanovun bu yaxınlarda ad günü olacaq. Dediyiniz kimi, o da futbolçuları yaxşı tanıyır. Ancaq heç yerdə fəaliyyət göstərmir. Nə klub, nə milli.. Üstəlik, formasını geyindiyi "Alaniya" rəhbərliyi Nazim Süleymanova 50 illiyini qeyd etmək təklifini göndərib. Əvvəl bəddi hissə, sonra isə yoldaşlıq görüşü…
– Nazim müəllim millidə işləyib və öz xahişi ilə işdən getdi. Mütəmadi olaraq onunla danışırıq və iş də təklif edirik. Nazim müəllim elə bir səviyyəli məşqçidir ki, o, Premyer Liqa klublarından birində işləməlidir və işləyib. İndi ona U-17, U-19 yığmasında iş təklif etmək düzgün olmazdı. Artıq onun imici formalaşıb. Məşqçilər Korpusuna o insanlar seçilib ki, onların klublarda işləməkdə gözü yoxdur. Şakir Qəribovu da komitə üzvləri seçib.

– "Bakı"nın bazası ilə bağlı fikirlərinizi də bilmək maraqlı olardı. Bazanın suyunu da kəsiblər…
– Vəziyyət çox pisdi. Açıq deyirəm ki, bu gün PFL çox çətin vəziyyətdədir. Çünki 10 komandayla çempionat başlayıb, 9-u ilə davam edir. Şübhə edirəm ki, 9 komandayla da çempionat qurtarsın. Ramin Musayevlə də tez-tez danışıram və bizim futbolda ciddi problem var. İndiyədək 17 peşəkar futbol klubu bağlanıb və bu da bizim üçün böyük faciədir. AFFA-nın prezidenti Rövnəq Abdullayev tapşırıq verib və biz çalışırıq kömək edək. Lakin bizim də imkanlarımız məhduddu. Hansısa layihədən pul çıxarıb ora yatırırıq. Bu tunelin işığı görsənmir. Problem odu ki, çempionat gedir. Yay olsaydı, müzakirə etməyə vaxt olardı. Hafiz müəllimlə sonuncu dəfə İK-nın konfransında danışdıq və məsələnin həll olunacağını dedi.

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-17 08:15

“İnter”in əfsanəsi “Spartak”ın baş məşqçisi təyin olundu

blank
I Liqa2024-05-17 08:00

“Şamaxı”… Qayıdır axı…

blank
Dünya futbolu2024-05-17 02:03

“Barselona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-17 00:25

Şeydayevin komandası Super Liqaya vəsiqə şansını itirdi

blank
Digər idman növləri2024-05-17 00:07

Azərbaycan yığması Avropa çempionatının qalibi oldu

blank
Dünya futbolu2024-05-16 23:31

İsgəndərlinin komandası Türkiyə Super Liqasına vəsiqə qazana bilmədi

blank
Digər idman növləri2024-05-16 22:18

Final seriyasının ilk oyununda darmadağın

blank
Digər idman növləri2024-05-16 21:51

Serbiya Gimnastika Federasiyasının prezidenti Bakıda “ustad dərsi” keçib

blank
Ölkə futbolu2024-05-16 21:11

“Sabah” Abşerondan 52 uşaq seçdi

blank
Digər idman növləri2024-05-16 20:19

Ferstappen ən çox qazanan 20 idmançı sırasına düşdü

blank
Dünya futbolu2024-05-16 20:00

Finaldan əvvəl Lenni Kravits çıxış edəcək

blank
I Liqa2024-05-16 19:39

Çempionun adına son turda aydınlıq gələcək

blank
Premyer-liqa2024-05-16 19:18

“Turan Tovuz”un şikayəti təmin edilmədi

blank
Digər idman növləri2024-05-16 19:00

Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurdu

blank
Ölkə futbolu2024-05-16 18:46

“Turan Tovuz”un məşqçi və rəsmilərinin Niderland səfəri başa çatıb

blank
AÇ-20242024-05-16 18:30

Almaniya millisinin AÇ-2024 üçün heyəti açıqlandı

blank
Dünya futbolu2024-05-16 18:11

“Sevilya” rekordçusu ilə yolları ayıracaq

blank
Digər idman növləri2024-05-16 17:54

Süni intellekt mərc operatorlarının qazancını xeyli artırıb

blank
Digər idman növləri2024-05-16 17:37

Azərbaycan millisi dünya çempionatında iştirak edəcək

blank
Digər idman növləri2024-05-16 17:20

Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

blank
Digər2024-05-16 17:02

“Netflix” Olimpiada haqqında 3 serial çəkəcək

blank
Müsahibə2024-05-16 16:45

Dabo “Qəbələ”yə görə məyusdur: “Onların getməsi yaxşı olmadı”

blank
Dünya futbolu2024-05-16 16:27

İstanbul derbisinin baş hakimi açıqlandı

blank
Dünya futbolu2024-05-16 16:10

Navas “Sevilya”dan ayrılır

blank
Dünya futbolu2024-05-16 15:55

Alleqri jurnalisti hədələyib: “Gəlib hər iki qulağını qoparacağam!”

blank
Digər idman növləri2024-05-16 15:40

AÇ-də iştirak edəcək Azərbaycan gimnastları açıqlandı

blank
Digər idman növləri2024-05-16 15:23

Olimpiada Parisə 10 milyarddan çox mənfəət gətirəcək

blank
Ölkə futbolu2024-05-16 15:15

“Klubda çalışan hər bir kəsin nəticələrdə əməyi var” – “Kəpəz”in kapitanı

blank
Ölkə futbolu2024-05-16 15:01

“Sabah”ın məşqçisinə 5 oyunluq cəza

blank
Digər idman növləri2024-05-16 14:44

Millimizdən ilk oyunda qələbə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm