Ölkə futbolu
Futbolçumuz oynamadı, komandası qrupda qaldı
Türkiyə Kubokunda 6-cı turun oyunları keçirilib. Futbol…
Türkiyə Kubokunda 6-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ufuk Budakın şərəfini qoruduğu "Qaziantep BB" də növbəti matçında çıxıb.
PTT 1-ci Liqa təmsilçisi evdə Superliqa klubu “Qaziantepspor”la qarşılaşıb. Oyun meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Millimizin üzvünün adı qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, A qrupunda yer alan "Qaziantep BB" 1 xal toplayaraq, mərhələni sonuncu pillədə tamamlayıb.