Dünya futbolu
Fiqunun arzusu ürəyində qaldı
FİFA Luiş Fiqunun prezidentliyə namizədliyini qəbul etmək niyyə…
FİFA Luiş Fiqunun prezidentliyə namizədliyini qəbul etmək niyyətində deyil. Futbolinfo.az xəbər verir ki, qrumun tərtib etdiyi qaydalara əsasən, burada prezidenti olmaq istəyən son 5 il ərzində ən azı 2 il futbolla bağlı çalışmalıdı.
FİFA bütün namizədlərinə baxacaq və çox güman ki, Fiqunun namizədliyi qəbul edilməyəcək. Fubolçunu namizəd olaraq Portuqaliya, Çernaqoriya, Makedoniya, Luksenburq, Danimarka və Polşa dəstləkləyib.
Məşhur hollandiyalı futbol adamı Yohan Kroyff da Fiqunun seçkilərdə çətinliklərlə üzləşəcəyini bildirib: "Fiqu əla namizəddi. Amma FİFA prezidenti olmaq üçün onun böyük dəstəyə ehtiyacı var. Bu səbəbdən Fiquya məsləhət görərdim ki, Hollandiya Futbol İttifaqının prezidenti Mikael van Praaqın namizədliyini dəstəkləsin. Van Praaq etibarlı insandı. Məndən xahiş etsə, özüm də ona kömək etməyə hazıram".