Premyer-liqa
Yunuszadə: "Ruhdan düşmək lazım deyil"
Bu gün Topaz Premyer Liqasında 20-ci turun oyunları keçi…
Bu gün Topaz Premyer Liqasında 20-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Neftçi" doğma arenada "Simurq"la qolsuz bərabərə qalıb.
Oyundan sonra saytımıza açıqlama verən ev sahibi komandanın müdafiəçisi Elvin Yunuszadə heç-heçəni belə şərh edib:
"İkinci dövrəyə elə də uğurlu başlamamışıq. Amma fikrimcə, bu gün pis oynamadıq. Əlimizə düşə imkanlardan istifadə edə bilmədik. Gələn oyuna yaxşı hazırlaşmalıyıq. Futbolda belə şeylər olur. Hər xal itirilən oyunda ruhdan düşmək lazım deyil. Komandada olan problemləri müzakirə edib, aydınlaşdıracağıq, görək istənilən nəticəni qazanmağa nə mane olur. Gələn oyunlarda həmin problemləri aradan götürməyə çalışacağıq".