Dünya futbolu
Levandovski: "Borussiya" ilə birgə kədərlənirəm"
“Bavariya”nın hücumçusu Robert Levendovski &o…
“Bavariya”nın hücumçusu Robert Levendovski ötən tur Almaniya Bundesliqada “Şalke” görüşdə start heyətdə meydana çıxmamasından narazı qalıb. Futbolinfo.az xəbər verir ki, polşalı hücumçu fikirlərini bu cür izah edib:
“Düzün desəm, mən 90 dəqiqə oynamaq istəyirəm. Əgər bir həftə ərzində bir neçə görüş keçirəcəyiksə, o zaman məşqçinin bu qərarını başa düşə bilərəm”.
26 yaşlı futbolçu sabiq klubu Dortmund “Borussiya”sının uğursuz çıxışına isə belə reaksiya verib: “Mən “Borussiya” ilə birgə kədərlənirəm. Onları aşağı divizyonda təsəvvür edə bilmirəm. Bu imkansızdı".
Qeyd edək ki, Levandovski cari mövsümün əvvəlində “Borussiya”dan ayrılaraq, “Bavariya”ya keçmişdi.