Dünya futbolu
Messidən növbəti rekord
Cari mövsüm La Liqada qol rekordunu qıran "Barselona&q…
Cari mövsüm La Liqada qol rekordunu qıran "Barselona"nın ulduz futbolçusu Lionel Messi daha bir rekordun sahibi olub. Futbolinfo.az xəbər verir ki, argentinalı hücumçu bu dəfə İspaniya çempionatında məhsuldar ötürmələrə görə, liderliyi ələ keçirib.
La Liqanın son turunda "Atletik"lə (5:2 qələbə) matçda iki qol ötürməsi verən argentinalı bunu 105-ci dəfə təkrarlamış olub. Bununla da, o La Liqa tarixində ən çox məhsuldar ötürmə verən portuqaliyalı Luiş Fiqunun rekordunu yeniləyib.
Messi həmin ötürmələrin 14-ə bu mövsüm imza atıb.
Messi həmin ötürmələrin 14-ə bu mövsüm imza atıb.