Premyer-liqa
"Qəbələ" ilə oyun öncəsi itkilər
"Simurq" Topaz Premyer Liqasının 21-ci turunun açı…
"Simurq" Topaz Premyer Liqasının 21-ci turunun açılış matçında "Qəbələ"ni qonaq edəcək . Futbolinfo.az xəbər verir ki, bir günlük istirahətdən sonra bu matçın hazırlıqlarına başlayan Zaqatala təmsilçisi ötən gün oyunöncəsi son məşqinə çıxıb.
Zədəli Əli Gökdəmir, Rəşad Əzizli, Nicat Muxtarov və əvəzedici heyətdə forma geyinmiş Oruc Balaşlı, Vadim Abdullayev, Kənan Müslümov çalışmalarda iştirak etməyib.
Bir saatdan artıq davam edən hazırlığa Georgi Çixradzenin yetirmələri qaçış və isinmə hərəkətləri ilə başlayıb. Daha sonra üç qrupa bölünərək "kvadrat" oynanılıb. İkitərəfli oyundan sonra isə qapıya zərbələrlə məşq tamamlanıb və futbolçularımız istirahətə çəkilib.
Qeyd edək ki, saat 17:00-da start götürəcək qarşılaşma "Simurq TV" vasitəsi ilə canlı yayımlanacaq.
(Klub saytı)