Ölkə futbolu
Lənkərandan İvanova "yaşıl işıq"
“Xəzər Lənkəran”ın düşərgəsini xəbərsiz tə…
“Xəzər Lənkəran”ın düşərgəsini xəbərsiz tərk edərək Türkiyə PTT 1-ci Liqa təmsilçisi “Samsunspor”la müqavilə imzalayan Qalin İvanovun problemi həll olunub. Futbolinfo.az xəbər verir ki, cənublular buna qədər bolqarıstanlı yarımmüdafiəçinin transfer vərəqəni vermirdi.
Əldə etdiyimiz məlumata görə, futbolçunun meneceri Lənkəran təmsilçisi ilə əlaqə yaradaq məsələni müsbət sonluqla bitirib. Buna görə də, İvanov ötən gün Samsun təmsilçisinin heyətində debüt edib. O, 19-cu tur çərçivəsində baş tutan “Alanyaspor”la matçın 74-cü dəqiqəsində meydana daxil olub.
Maraqlıdı ki, “Samsunspor”un 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada yeganə qolu “Xəzər Lənkəran”ın sabiq üzvü Etame Mbilla vurub.