Dünya futbolu
"Artıq Madridi biz idarə edirik"
Madrid “Atletiko”sunun prezidenti Enrike Serezo iddialı a…
Madrid “Atletiko”sunun prezidenti Enrike Serezo iddialı açıqlaması ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, klub rəhbəri “Real”ı (4:0) məğlub etdikləri oyunu yada salaraq bunları deyib:
“Artıq Madridi biz idarə edirik, amma hər şey dəyişə bilər. “Real”la oyundan qazandığımız 3 xal bizi çox sevindirdi, amma daha çox işləməliyik. İnanıram ki, biz həm İspaniya çempionatı, həm də Çempionlar Liqasında sona qədər mübarizə aparacağıq. Bu komandanı heç vaxt unutmayacaqlar”.
Qeyd edək ki, İspaniyada çempionluq yarışında üçüncü pillədə olan “Atletiko” lider “Real”dan 4 xal geridədi.