Dünya futbolu
"Real"ın alman arzusu ürəyində qaldı
Uzun müddətdi gedən danışıqlardan sonra nəhayət ki, Dortmu…
Uzun müddətdi gedən danışıqlardan sonra nəhayət ki, Dortmund "Borussiya"sı Marko Roysu yola gətirə bilib. Futbolinfo.az xəbər verir ki, “sarı-qaralar”ın rəhbərliyi ilə oyunçu arasında yeni müqavilənin imzalanması ilə bağlı razılıq əldə edə olunub.
Yeni sözləşmənin 2017-ci ilin iyununa kimi nəzərdə tutulacağı vurğulanıb. Müqavilənin imzalanmasının rəsmi bəyanatı isə bu ay verilməlidi. Yeni sazişdə Roysun müqaviləsindəki 25 milyon avroluq sərbəst qalma maddəsi isə dəyişdiriləcək. "Borussiya"nın baş direktoru Hans-Yoahim Vatske bildirib ki, anlaşmanın bütün detalları müzakirə edilib.
Qeyd edək ki, Almaniya millisinin də üzvü olan 25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə “Real” (İspaniya) başda olmaqla, Avropanın bir sıra nəhəng klubları da maraqlanırdı.