Dünya futbolu
Rəqibimizin baş məşqçisi həbs oluna bilər
İtaliya millisinin baş məşqçisi Antonio Kontenin adı danı…
İtaliya millisinin baş məşqçisi Antonio Kontenin adı danışılmış oyunlara qarışıb. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı şüphəli şəxs qismində sorğulanan 130 nəfərdən biridi.
Baş məşqçi “Syena” klubunda çalışdığı zaman danışılmış oyunlarla bağlı şüphəli bilinir. Söhbət 2010/11-ci illərdə klubun artıq A Seriyasına vəsiqə qazanmasından sonra gedir. Elitaya yüksələn klubun bir neçə danışılmış görüş keçirdiyi bildirilib. 2012-ci ildə bu məsələ ilə bağlı Konte 10 oyunluq cəzalandırılmışdı. Sonradan isə onun cəzası 4 oyuna endirilmişdi. Lakin Konte bu məsələ ilə bağlı bəzi məlumatları gizlətməkdə şübhəli bilinir. İtaliyalı mütəxəssis buna görə həbs oluna bilər.
Qeyd edək ki, İtaliya millisi hazırda AÇ-2016-nın seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alır.