Ölkə futbolu
Hakimlərimizin biri Almaniyada, digəri Polşada
FİFA referisi Əliyar Ağayev və Orxan Məmmədov beynəlxalq oyunla…
FİFA referisi Əliyar Ağayev və Orxan Məmmədov beynəlxalq oyunlara təyinat alıb. Futbolinfo.az xəbər verir ki, Ağayev 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 2-ci qrupunda (Almaniya, Çexiya, Slovakiya, İrlandiya), Məmmədov isə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 4-cü qrupunda (Polşa, Belarus, Şimali İrlandiya, Yunanıstan) keçiriləcək oyunları idarə edəcək.
Qeyd edək ki, U-19-ların qarşılaşmaları martın 26-dan 31-dək Almaniyada, U-17-lərin oyunları isə martın 21-dən 26-a qədər Polşada təşkil olunacaq.
(affa.az)