Dünya futbolu
Fabreqas qayıtdı
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo koman…
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo komandanın zədəli futbolçusu Sesk Fabreqasın durumuna aydınlıq gətirib. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ispan yarımmüdafiəçinin “Everton”la qarşılaşmada oynama ehtimalını dəyərləndirib:
"Fikrimcə, Fabreqas sabah oynaya biləcək. Şənbə günü biz onun dincəlməsinə imkan verdik. Eyni zamanda iki futbolçunun səhhətilə risk etmək istəmədik.Vilianın da zədəsi var idi. Amma biz risk edib onu oynatdıq. Ramiresin forması əladı. Fabreqasla müqayisədə tamamilə fərqli futbolçudu. Amma Ramiresin üstün cəhətləri də var”.