Premyer-liqa
"Simurq"un yeni transferi sıradan çıxdı – FOTO
Bu gün Topaz Premyer Liqasında 21-ci tura start verilib. Futboli…
Bu gün Topaz Premyer Liqasında 21-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Simurq" doğma arenada "Qəbələ"ni qəbul edir.
Zaqatalada keçirilən oyun ev sahibi komanda üçün elə də uğurlu alınmayıb. Belə ki, "sarı-qaralar"ın Xuan Alberto oyunun 2-ci dəqiqəsində qəbələli Viktor Mendi ilə mübarizədə çiynindən xəsarət alıb. Zədə səbəbindən oyuna davam edə bilməyən ispaniyalı müdafiəçi Adam Banaşla əvəzlənib.