Bizi izləyin

Milli komanda

Milli komandalarımızda təsadüfi məşqçi bolluğu

“Azərbaycan futbolu niyə inkişaf etmir” sualını hər?…

blank
“Azərbaycan futbolu niyə inkişaf etmir” sualını hərə özünəməxsus şəkildə cavablandırır. Biri uşaq futboluna önəm vermədikləri üçün klubları günahlandır, digəri isə suni örtüklə bəzədilmiş meydançaların sayını çoxaltdığına görə AFFA-nı qınayır. Amma hələ çıxış yolu tapan yoxdu. Əslində media nümayəndələri zamanla uğura aparan yola işıq saçan təklifləri futbolumuzun başbilənlərinə təqdim edir və etməkdədi. Amma bunlar kiminsə cib doldurmadığından elə təklif olaraq qalıb.
Millilərimizin məğlubiyyətlərinə alışmışıq. Düzdü, hərdən müəyyən mükafatlar naminə qələbələrimiz, heç-heçələrimiz də olur. Amma hərdən…
Məğlubiyyətə görə bilmirsən baş məşqçini qınayasan, yoxsa futbolçuları. Baş məşqçini ona görə qınaya bilmirsən ki, millinin aparıcı üzvləri ən yaxşı halda Türkiyənin PTT 1-ci Liqasında top dalınca qaçır. Futbolçunu da balaca vaxtlarında düzgün məşq proqramı görmədikləri, savadlı müəllimə rast gəlmədiklərinə görə qınamaqdan çəkinirsən.
Ötən gün AFFA-nın rəsmi saytına nəzər yetirdim. Özüm üçün maraqlandım görüm, aşağı yaş qrupları üzrə millimizə kimlər rəhbərlik edir? Görəsən, gənclərimizə, gələcəyinə ümid bəslədiyimiz futbolçulara öz biliklərini öyrədən kimlərdi? Maraqlıdı, onların içindən Mahmud Qurbanovlar, Aslan Kərimov, Samir Ələkbərov, Vəli Qasımov, Musa Qurbanov, Nazim Süleymanov və s. bu kimi ölkə futboluna töhfə vermiş oyunçular yetişəcəkmi?
Təəssüf ki, bu, indiki zamanda çətin görünür. Bunun səbəbini isə yazının sonlarına yaxın izah etməyə çalışacam. Ancaq bəri başdan deyim ki, əgər millilərimizdə bu adamlar çalışırsa, gör ümumiyyətlə, uşaq komandalarında sabahımızın ulduzlarını kimlər yetişdirir. Elxan Məmmədovun kateqoriya paylaması ilə deyil ki…
U-15 etibarlı əllərdədi
U-15 millimizə Aslan Kərimovun məşqçilər korpusu rəhbərlik edir. Millimizin heyətində 80 oyun keçirmiş Kərimova bu işdə Zaqatala futbolunun inkişafına öz töhfəsini vermiş, Qurban və Musa Qurbanov qardaşlarının müəllimi olmuş Şaban Şirdanov və zəngin karyerası olan Etibar Tanrıverdiyev kömək edir. Buna görə 15 yaşadək futbolçuların etibarlı əllərdə olduğunu asanlıqla söyləmək olar.
U-16 Allahın ümidinə qalıb
U-16-ya 10 ilə yaxındı millimizin müxtəlif yaş qrupları üzrə komandalarında çalışan Təbriz Həsənov rəhbərlik edir. “UEFA Pro” kateqoriyalı məşqçiyə bu işdə Vüqar Məmməd yardım edir ki, onun futbol biliyinə bir qədər şübhə ilə yanaşmağa dəyər. Görəsən, Vüqar bəyin təhsil aldığı Bakı Kommunikasiya Kollecində və ya Azərbaycan Beynəlxalq Universitetində tələbələrə futbola aid nəsə öyrədilirmi? Futbolçu karyerasında “Neftçi”, “Bakı”da çıxış etdikdən sonra “Ədliyyə”, “Bakılı”, MOİK kimi iddiasız, autsayder olan klublarda oynamış keçmiş futbolçu gənclərə necə iddialı olmağı öyrədə bilər ki? Vüqar Məmmədin heç düz-əməlli məşqçilik karyerası da yoxdu. 2006-cı ildən “Şərur”da məşqçi köməkçisi kimi fəaliyyətə başlayan Vüqar bəy daha sonra “Ləki” klubunda köməkçi məşqçi, “Avanqard”da isə məşqçi-seleksioner kimi fəaliyyət göstərib. Gələcəyinə ümid bəslədiyimiz futbolçulara “avanqard” məşqçinin nəsə öyrədəcəyini düşünmək gülməli deyilmi? U-16-nın qapıçılar üzrə məşqçisi isə vaxtı ilə özünü “Viləş”, “Şəmkir” klublarında sübut etmiş Elşad Tahirovdu.
U-17 ən ümid bəslədiyimiz komandadı
U-17 millimizə özünü məşqçi kimi “Abşeron”da isbatlamış Mirbağır İsayev rəhbərlik edir. Onun köməkçiləri isə veteran futbolçu İsmayıl Məmmədov və 12 illik məqşçilik təcrübəsinə malik olan Baba Əsgərovdu. Gənc əlcək sahibilərinə isə “Neftçi”nin sabiq serbiyalı qapıçısı Vladimir Miçoviç öz biliklərini öyrədir. U-17-nin son hazırlıq dönəmində inamlı təsir bağışlaması, millimizin üzvü Qara Qarayevin İspaniyanın “Malaqa” klubunun düşərgəsinə baxışa yollanması, eyni zamanda İsayevin rəhbərliyi ilə U-17-nin AÇ-nin elit-raunduna vəsiqə qazanması bu yaş üzrə yığmda irəliləyişin göstəricisidi.
U-19-dakıların bacarıqları olmasa da, “day-day”ları var
U-19 millimizlə AFFA-nın baş katibi Elxan Məmmədovun bizə “professor” kimi təqdim etdiyi Nikolay Adam rəhbərlik edir. Futbolçu karyerasında “Tarix Nadir”ə məlum olmayan klublarda çıxış etmiş alman çalışdırıcının ölkəmizdə fəaliyyət göstərdiyi artıq 5-ci ilində U-19-la Avropa Çempionatının elit-raunduna vəsiqə qazanmasından başqa heç bir xeyir görmədik. Məsələ burasındadı ki, AFFA Nikolayla işbirliyini uzatmaq niyyətindədi. Belə olmasaydı, qurumun rəsmi saytında alman çalışdırıncnın Hindistandan təklif almasını ictimaiyyətə bəyan etnməklə onun qiymətini qaldırmaq, Adamın nə qədər “dəyərli” olduğunu bildirməzdilər.
 
Adamın köməkçisi Etibar İbrahimovun kimliyinə diqqət yetirəndə isə adamın 19 yaşadək futbolçulara yazığı gəlir. Məsələ burasındadı ki, Adamın köməkçisi kimi fəaliyyət göstərən İbrahimov Etibar Nizami oğlu 1977-ci ildə Gəncə şəhərində anadan olub. Etibar bəy 16 yaşında şəhərinin komandası olan “Kəpəz”dən dəvət alıb. Dəvət alıb ha, oynamayıb… Elə həmin vaxt U-15-dən də dəvət alan İbrahimov 94-cü ildə “Pambıqçı”nın heyətində çıxış edib. Bilinmir, oynayıb, yoxsa yox. 4 il sonra isə Ordu İdman Klubunun əvəzedici heyətində Azərbaycan birinciliyinin qalibi olub. Çempion olmaq hissi Etibar bəyi bir il sonra Gəncə şəhərində UGFHİ klubunda məşqçi kimi fəaliyyət göstərməyə sövq edib. 2003-cü ildə “Kəpəz” klubunun aşağı yaş qrupuna məşqçi təyin olunub və elə həmin il əvəzedici komandaya da rəhbərlik edib. 2004-cü ildə “Kəpəz”in əsas heyətində köməkçi-məşqçi vəzifəsində çalışıb. 2008-ci ildən TRİM-nin Gəncə filialında məşqçi-müəllim vəzifəsinə, 3 il sonra filialda baş məşqçi vəzifəsinə təyin olunub. Oradan isə U-19-a köməkçi məşqçi vəzifəsinə gəlib. Maraqlıdı, onu hansı uğurlarına, hansı işinə görə milli komandaya gətiriblər, o, gənclərə nə öyrədə bilər ki?
İş burasındadı ki, baş katib Elxan Məmmədov sözügedən şəxsin – oxumamış alimin “Sumqayıt”ın prezidenti Kamran Quliyevin qohumu olmasından xəbərdardı. Ona görə də millini Etibara tapşırmaqla uşaqları etibarsız əllərə təhvil verib. İnanın ki, Adamın bu adamdan xəbəri belə yoxdu, sadəcə, deyiblər ki, “bizim adamdı, onunla işləməlisən”.
19 yaşdadək qapıçıların məşqçisi Üzeyir İbrahimovu da təcrübəli hesab etmək olmaz. Cəmi 6 il futbolçu karyerası olmuş, 3 il “Neftçi” və “İnter” klublarının əvəzedici komandalarında qapıçılarla çalışmış birinin hansı adla milliyə məşqçi kimi cəlb olunmasını anlamaq çətindi.
U-21 yığmamıza rəhbərlik edən Yaşar Vahabzadə baş katibə yaxınlığı ilə tanınır. Uzun illərdi müxtəlif yaş qrupları üzrə yığmalarda çalışmasına baxmayaraq, heç bir uğuru olmayan Yaşar bəyə bu işdə 16 illik məşqçi təcrübəsi olan Babək Alxasov kömək edir. Qapıçılar üzrə məşqçi isə futbolçu karyerasının son 6 ilində Samaranın “Krılya Sovetov” klubunda çıxış etmiş Ramiz Əhmədovdu.
Aşağı yaş qrupları üzrə milliləri kimlərin çalışdırdığına nəzər yetirəndə insanı təəccüb bürüyür. Əslində isə hazırda millyə baş məşqçilik edənlər işsiz qalan Vəli Qasımov, Nazim Süleymanov, Samir Ələkbərov, Şahin Diniyev, Ağasəlim Mircavadov, Vaqif Sadıqovun köməkçisi kimi fəaliyyət göstərməli adamlardı.
Çox uzağa getməyək, elə götürək qardaş ölkə Türkiyənin aşağı yaş qrupları üzrə milliləri çalışdıranları. Əsas milli komandaya rəhbərlik edənlərdən tutmuş 14 yaşlı futbolçulara öz biliklərini öyrədənlərədək hamısı təcrübəli isimlər, parlaq futbolçu karyerası olanlardı.
Türkiyə A-2 millisinin baş məşqçisi Müfit Erkasap futbolçu karyerasında 9 il “Qalatasaray”da çıxış edib. Qısa vaxt ərzində bu klubda baş məşqçi kimi də fəaliyyət göstərib. Daha sonra isə Fatih Terimlə birgə əsas milli komandanı çalışdırmaqla yanaşı, İtaliyanın “Fiorentina” klubunda da fəaliyyət göstərib. 
Türkiyə U-21 yığmasının çalışdrıcısı Abdullah Ərcan “Trabzonspor”, “Fənərbaxça” və “Qalatasaray” kimi Türkiyə nəhənglərinin heyətində çıxış edib. Məşqçi kimi isə 4 il U-17 millisində, daha sonra isə “Qaziantepspor”da çalışıb. İki ildir 21 yaşadək futbolçulara rəhbərlik edən Abdullah Ərcan 71 dəfə Türkiyə millisinin formasını geyinib.
Türkiyə U-19-nu çalışdıran Vədat İnceefe futbolçu karyerası ərzində 7 il “Qalatasaray”ın şərəfini qoruyub, dəfələrlə milli komandanın formasını geyinib. Ötən ildən bu vəzifədə çalışan İnceefe buna qədər “Qalatasaray”ın 19 yaşlı futbolçuları ilə işləyib. 
Bundan başqa Türkiyə Futbol Federasiyası Fatih Təkkə, Əmrə Aşık, Şenol Ustaömər, Güngör Şahinkaya və başqalarına – ölkə futboluna xeyir vermiş şəxslərə hazırda da müxtəlif yaş qrupları üzrə milli komandaları etibar etməkdədi. Ən azından qardaş ölkəyə baxıb, futboldan anlayışı olanları milliyə məşqçi kimi gətirsələr, nələrsə qazanmış olardıq. Sonradan bəhanələrimiz olmasın ki, futbolçular yetişmir.
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-17 02:03

“Barselona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-17 00:25

Şeydayevin komandası Super Liqaya vəsiqə şansını itirdi

blank
Digər idman növləri2024-05-17 00:07

Azərbaycan yığması Avropa çempionatının qalibi oldu

blank
Dünya futbolu2024-05-16 23:31

İsgəndərlinin komandası Türkiyə Super Liqasına vəsiqə qazana bilmədi

blank
Digər idman növləri2024-05-16 22:18

Final seriyasının ilk oyununda darmadağın

blank
Digər idman növləri2024-05-16 21:51

Serbiya Gimnastika Federasiyasının prezidenti Bakıda “ustad dərsi” keçib

blank
Ölkə futbolu2024-05-16 21:11

“Sabah” Abşerondan 52 uşaq seçdi

blank
Digər idman növləri2024-05-16 20:19

Ferstappen ən çox qazanan 20 idmançı sırasına düşdü

blank
Dünya futbolu2024-05-16 20:00

Finaldan əvvəl Lenni Kravits çıxış edəcək

blank
I Liqa2024-05-16 19:39

Çempionun adına son turda aydınlıq gələcək

blank
Premyer-liqa2024-05-16 19:18

“Turan Tovuz”un şikayəti təmin edilmədi

blank
Digər idman növləri2024-05-16 19:00

Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurdu

blank
Ölkə futbolu2024-05-16 18:46

“Turan Tovuz”un məşqçi və rəsmilərinin Niderland səfəri başa çatıb

blank
AÇ-20242024-05-16 18:30

Almaniya millisinin AÇ-2024 üçün heyəti açıqlandı

blank
Dünya futbolu2024-05-16 18:11

“Sevilya” rekordçusu ilə yolları ayıracaq

blank
Digər idman növləri2024-05-16 17:54

Süni intellekt mərc operatorlarının qazancını xeyli artırıb

blank
Digər idman növləri2024-05-16 17:37

Azərbaycan millisi dünya çempionatında iştirak edəcək

blank
Digər idman növləri2024-05-16 17:20

Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

blank
Digər2024-05-16 17:02

“Netflix” Olimpiada haqqında 3 serial çəkəcək

blank
Müsahibə2024-05-16 16:45

Dabo “Qəbələ”yə görə məyusdur: “Onların getməsi yaxşı olmadı”

blank
Dünya futbolu2024-05-16 16:27

İstanbul derbisinin baş hakimi açıqlandı

blank
Dünya futbolu2024-05-16 16:10

Navas “Sevilya”dan ayrılır

blank
Dünya futbolu2024-05-16 15:55

Alleqri jurnalisti hədələyib: “Gəlib hər iki qulağını qoparacağam!”

blank
Digər idman növləri2024-05-16 15:40

AÇ-də iştirak edəcək Azərbaycan gimnastları açıqlandı

blank
Digər idman növləri2024-05-16 15:23

Olimpiada Parisə 10 milyarddan çox mənfəət gətirəcək

blank
Ölkə futbolu2024-05-16 15:15

“Klubda çalışan hər bir kəsin nəticələrdə əməyi var” – “Kəpəz”in kapitanı

blank
Ölkə futbolu2024-05-16 15:01

“Sabah”ın məşqçisinə 5 oyunluq cəza

blank
Digər idman növləri2024-05-16 14:44

Millimizdən ilk oyunda qələbə

blank
Digər idman növləri2024-05-16 14:29

Ağdaşda xatirə turniri

blank
Premyer-liqa2024-05-16 14:14

AFFA Premyer Liqada əcnəbi VAR hakimləri olacağını təsdiqlədi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm