Premyer-liqa
Çixradze: "Çox vacib 3 xal qazandıq"
Bu gün Topaz Premyer Liqasında 21-ci tura start verilib. Futboli…
Bu gün Topaz Premyer Liqasında 21-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Simurq" doğma arenada "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib.
Zaqataladakı oyundan sonra keçirilən mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi George Çixradze qalibiyyəti belə şərh edib:
“Biz çox vacib 3 xal qazandıq. Bu oyuna yaxşı hazırlaşmışdıq. Sona qədər mübarizə apardıq. Avroliqa üçün mübarizə aparırıqsa, belə oyunlarda qalib gəlməliyik. İlk hissədə daha yaxşı oynadıq. İkinci hissədə isə eyni zamanda hesabı qorumağa çalışdıq. Bütün hallarda 3 xal qazanmaq sevindiricidi. Bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq”.
(pfl.az)