Dünya futbolu
Mərakeş üçün ağır cəzalar
Afrika Futbol Konfederasiyası (AFK) Mərakeş Futbol Federiyasına (M…
Afrika Futbol Konfederasiyası (AFK) Mərakeş Futbol Federiyasına (MFF) ağır cəza verib. Futbolinfo.az xəbər verir ki, sözügedən ölkə qarşıdakı iki Afrika Millətlər Kubokunda iştirakdan məhrum edilib. Buna Mərakeşin həmin yarışa ev sahibliyindən imtinası səbəb olub.
Bundan əlavə, MFF maddi cəzaya da məruz qalıb. Federasiya təqribən 883 min avro məbləğində cərimələnib. Mərakeşin turnirə ev sahibliyindən imtinasından sonra Afrika Futbol Konfederasiyasına dəymiş zərərə görə isə bu ölkənin təqribən 8 milyon 50 min avroluq təzminat ödəməsi haqda qərar çıxarılıb. Mərakeçlilər isə cəzaya etiraz edib.
Qeyd edək ki, bir neçə gün əvvəl başa çatan AMK-nın əvvəlcə Mərakeşdə keçirilməli idisə, Ebola virusu təhlükəsini əsas gətirən ölkə yarışın başlamasına bir neçə ay qalmış ev sahibliyindən imtina etmişdi. Nəticədə AFK ev sahibliyini məcburən Ekvatorial Qvineyaya vermişdi.
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”