Dünya futbolu
Məhkəmə "Real"ın arzusunu puç etdi
Madrid “Real”ının rəhbərliyi yeni “Santyaqo Bern…
Madrid “Real”ının rəhbərliyi yeni “Santyaqo Bernabaeu” stadionunun inşası ilə bağlı qərarını ləğv edib. Futbolinfo.az xəbər verir ki, rəhbərlik bunun üçün lazım olan 400 milyon avronu başqa sahəyə yönəltmək qərarına gəlib.
İddialara görə, qərarın alınmasında Madrid şəhərinin Ali məhkəməsinin rolu əsas olub. Məhkəmə ətrafdakı ekologiyanın pozulma ehtimalını nəzərə alaraq, tikintiyə icazə verməyib.
Qeyd edək ki, İspaniya təmsilçisi stadionun ərazisini genişləndirməklə ətrafda mehmanxana və restoranlar inşa etməyi planlaşdırırdı. Bundan sonra klubun yeni bir layihə üzərində işləyəcəyi və qanunlar çərçivəsində bərpa işləri aparması gözlənilir.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Dünya futbolu2024-04-30 11:32
“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir
- Ölkə futbolu2024-04-30 11:25
“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişib