Dünya futbolu
“Beşiktaş” mübarizəni dayandırdı, “Fənərbaxça” 1/4 finalda
Futbol üzrə Türkiyə kubokunda 1/8 final mərhələsinin oy…
Futbol üzrə Türkiyə kubokunda 1/8 final mərhələsinin oyunları davam edir. Futbolinfo.az xəbər verir ki, növbəti oyun günündə daha 4 qarşılaşma keçirilib.
“Beşiktaş” səfərdə milli komandamızın üzvü Kamran Ağayevin yenicə transfer olunduğu ”Kayserispor”la qarşılaşıb. Kamranın debüt matçı uğurlu alınıb. O, “Beşiktaş”a qarşı qapısını toxunulmaz saxlamağı bacarıb. Nəticədə Kayseri klubu mərhələ adlayıb.
“Fənərbaxça” isə səfərdə “Rizespor”a böyük hesabla (4:1 ) qalib gələrək 1/4 finala çıxıb.
Türkiyə kuboku
1/8 final
11 fevral
Karabükspor – Mersin 2:4
Qollar: Kumbela, 2. Ozek, 15 – Pedriel, 3; 90+4. Tita, 69. Kaloğlu, 114.
Bursaspor – Başakşəhər 1:1 (Penaltilər – 3:2)
Qollar: Cinaz, 92 – Batdal, 97.
Kayserispor – Beşiktaş 1:0
Qol: Tasdemir, 39-p.
Rizespor – Fənərbaxça 1:4
Qollar: Ovacikli, 61 – Kadlec, 24. İrtegin, 68. Topal, 86. Sou, 88.