Premyer-liqa
Aqil Məmmədov: "Bu, kapitana yaraşmayan hərəkət idi"
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov ö…
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov ötən gün AZAL-la oyunda futbolçusu Ruslan Poladovun gərgin və olması ilə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az saytına danışan çalışdırıcı bu hərəkətləri Poladova yaraşdırmadığını bildirib:
“Oyundan dərhal sonra Ruslan Poladovla danışdım. Əlbəttə ki, bu, kapitana yaraşmayan hərəkət idi. Öz səhvini başa düşüb, üzr istədi. Bu cür hərəkət kapitana, təcrübəli futbolçuya olmaz. Mən də buna heç yaxşı baxmıram”.
Poladova hər hansı bir cəza veriləcəyi sualına isə məşqçi belə cavab verib: “Mənə elə gəlir ki, Ruslan Poladov elə futbolçu deyil ki, bu hadisəyə görə onu cəzalandıraq. Fikirləşirəm ki, belə hal bir də təkrarlanmayacaq”.
Qeyd edək ki, Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində baş tutan qarşılaşmanın 67-ci dəqiqəsində “Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov kapitan Ruslan Poladovu Pərdis-Fərcad Azadla əvəz etdi. Poladov isə əvəzedilməsinə sərt reaksiya verdi. Belə ki, meydanı kənardan tərk edən futbolçu əsəbini künc bayrağına zərbə endirməklə çıxdı.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib