Premyer-liqa
AFFA nümayəndəsi Sumqayıtdakı irqçiliklə bağlı nə dedi?
Ötən gün Premyer Liqanın 22-ci turu çərçiv?…
Ötən gün Premyer Liqanın 22-ci turu çərçivəsində baş tutan “Sumqayıt” – AZAL (0:0) oyununda xoşagəlməz hadisə yaşanıb. Futbolinfo.az xəbər verir ki, sumqayıtlı bir qrup azərkeş AZAL-ın konqolu hücumçusu Freddi Mombonqoya qarşı irqçi şuarlar səsləndirib.
Bu məsələ ilə bağlı AFFA Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarovla əlaqə saxladıq. Komitə sədri bu barədə açıqlama verə bilməyəciyini, protokolun AFFA Nizam-İntizam komitəsinə ötürələcəyini bildirdi.
Qeyd edək ki, yerli fanatlar oyun zamanı bir epizodda forvarda əsəbləşdikləri üçün ona "Meymun, artist meymun" deyiblər. Bu hal bir neçə dəfə təkrar olunub. Bu tipli hadisə Sumqayıtda əvvəl də baş vermişdi. Onlar "Qəbələ"nin futbolçusunu da təhqir etmişdilər.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib