Dünya futbolu
Van der Vart "yuva"ya dönür
Hollandiyanın "Ayaks" klubu "Hamburq"da forma gey…
Hollandiyanın "Ayaks" klubu "Hamburq"da forma geyən yarımmüdafiəçi Rafael van der Vartı transfer etmək istəyir. Futbolinfo.az xəbər verir ki, "Goal" portalının iddiasında Amsterdam təmsilçisinin onunla azad agent kimi müqavilə imzalamaq fikrində olduğu bildirilib.
Belə ki, 32 yaşlı holland futbolçunun "Hamburq"la olan sazişi yayda bitir.
Qeyd edək ki, oyunçu elə "Ayaks"ın öz yetirməsidi. O, 2000-05-ci illərdə bu klubun formasını geyinib.