Dünya futbolu
“Barselona”nın hədəfindəki alman
"Barselona" "Bayer"in yarımmüdafiəçi…
"Barselona" "Bayer"in yarımmüdafiəçisi Lars Benderin xidmətində maraqlıdı. Futbolinfo.az xəbər verir ki, Kataloniya klubunun məşqçilər korpusu bu yöndə rəhbərliyə müraciət edib.
Baş məşqçi Luis Enrikenin fikrincə, alman futbolçu komandasına faydalı ola bilər. Rəhbərlik də razılıq versə, Almaniya təmçilçisinə təklif göndəriəcək.
Qeyd edək ki, cari mövsümdə Almaniya Bundesliqasında 18 matçda əsas heyətdə meydana çıxan Benderin aktivində 1 qol və 2 məhsuldar ötürmə var. Onu da əlavə edək ki, İspaniya nəhəngi Benderlə yanaşı, “Portu”nun üzvü Danilonu da heyətinə qatmaq istəyir.