Ölkə futbolu
"Qarabağ"la qarşılaşmaq istəməyən erməni "Sürix"ə indi keçdi
"Qarabağ"ın Antalyadakı qış təlim-məşq toplanışın…
"Qarabağ"ın Antalyadakı qış təlim-məşq toplanışında İsveçrə "Sürix"inə qarşı yaxlama oyunu ilə bağlı maraqlı məqam üzə çıxıb. Futbolinfo.az xəbər verir ki, həmin vaxt "Sürix" klubunun düşərgəsində baxışda olan Ermənistan millisinin üzvü Artem Simonyan Ağdam təmsilçisinə qarşı oynamaqdan imtina edib.
Belə ki, erməni futbolçu "Sürix" klubunun baş məşqçisinə "Qarabağ"la görüşdə iştirak etmək istəmədiyini bildirib. Bu addım tərəflər arasında müəyyən anlaşmazlıq yaratsa da, sonradan razılıq əldə olunub və dünən Simonyanla 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, yanvarın 22-də baş tutan "Qarabağ" – "Sürix" oyunu 1-1 hesabı ilə başa çatmışdı.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib