Dünya futbolu
“Arsenal”dan Anriyə dəvət
"Arsenal" sabiq futbolçusu Tyerri Anrini yenidən klu…
"Arsenal" sabiq futbolçusu Tyerri Anrini yenidən klubda işləməsi üçün dəvət göndərib. Futbolinfo.az xəbər verir ki, London təmsilçisi fransalı veteran hücumçunu klub akademiyasının gənc komandalarından birində məşqçi kimi çalışmasına dəvət edib.
Hazırda Anri UEFA-nın A kateqoriya məşqçi lisenziyasının almasına hazırlaşır. Eyni zamanda o, "Sky Sports" televiziya kanalında futbol mütəxəssisi kimi çalışır.
Qeyd edək ki, Tyerri 1999-2007 və 2012-ci illərdə "Arsenal"da forma geyib.