Milli komanda
Qalaktionov: "Meydanda yaxşı rəqib gördük"
Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və…
Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığmaları arasında yoldaşlıq oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə Rusiya yığmasının xeyrinə başa çatıb.
“Əlincə” stadionunda keçirilən oyundan sonra rəqib komandanın baş məşqçisi Mixail Qalaktionov millimiz üzərində qələbəni belə şərh edib:
“Bizi dəvət etdiyi üçün AFFA-ya təşəkkür edirəm. Hər şey yüksək səviyyədə təşkil edilib. Çox maraqlı oyun keçdi. Daha əvvəl də qarşılaşmışıq. Meydanda yaxşı rəqib gördük. İnanıram ki, növbəti oyun da gərgin və maraqlı keçəcək. Komandaların yaxşı potensialı var”.