Bizi izləyin

Ölkə futbolu

Azərbaycana bağlılığı olmayan “azərbaycanlı”

Futbol üzrə əsas millimizlə yanaşı, U-21 də Türkiyəni…

blank
Futbol üzrə əsas millimizlə yanaşı, U-21 də Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək. U-21-in yeni baş məşqçisi Yaşar Vahabzadə artıq bu toplanışda iştirak edəcək futbolçuları müəyyənləşdirib.
 
Hazırlıq prosesinə cəlb olunan futbolçuların siyahısına diqqət yetirəndə Dəniz Topçu adlı futbolçu diqqətimizi cəlb etdi. Qısa arayış olaraq bildirək ki, Dəniz 1995-ci il mayin 14-də Almaniyada, qürbətçi ailəsində dünyaya göz açıb. Futbola “Ayntraxt” (Frankfurt) klubunun aşağı yaş qruplarında çıxış etməklə başlayan Topçu daha sonra əvəzedici komandanın heyətinə cəlb olunub.
 
Müdafiənin sağ və sol cinahında çıxış etməyi bacaran futbolçu qısa müddət ərzində doğulduğu ölkənin Regional Liqasında çıxış edən “Askaffenburq” klubunda da forma geyinib. Ötən ilin yanvarında “Əskişəhərspor”un Antalyadakı təlim-məşq toplanışına dəvət olunan Dəniz özünü yaxşı tərəfdən göstərdiyi üçün türk klubu onunla 5 illik müqavilə imzalayıb.
 
Bəs o buvaxtadək əsas komandada niyə debüt edə bilməyib? Görəsən, Dəniz ölkəmiz və futbolumuz haqda nə bilir? Onun Azərbaycanla bağlılığı varmı? Nəhayət, futbolçunu taparaq ona suallarımızı ünvanladıq.
 
 
– Yenidən U-21-ə dəvət olunmağınızla bağlı nə deyə bilərsiz?
– Ötən il oktyabr ayında da U-21-in təlim-məşq toplanışında iştirak etmişdim. Hətta Malta millisinə qarşı yoxlama oyununda da iştirak etmişdim. Yenidən U-21-ə dəvət olunduğum üçün çox xoşbəxtəm. Bu, mənim üçün yeni bir şansdı. Xeyirlisi nədirsə, o da olsun.
 
– Sizə necə dəvət göndərdilər ki?
– Dəvətnamə keçmiş menecerimə göndərilib. O da mənə xəbər etdi. Əvvəlki menecerim almandı.
 
– Maraqlıdı, sizi hansı oyunda bəyənib, milliyə dəvət ediblər?
– Almaniyanın “Ayntraxt” klubunda çıxış edərkən onsuz da mənə təklif gəlmişdi. Zədəli olduğum üçün gedə bilmədim. İndi əlimə şans düşdüyü üçün mən də “hə” cavabı verərək, U-21-də çıxış etməyə razılıq verdim. Məni hansı oyunda bəyəndikləri ilə bağlı fikrim yoxdu. Yəqin ki, məni “Ayntraxt”da çıxış edərkən bəyəniblər.
 
– Gələcəkdə Türkiyə millisində də çıxış etmək şansınız ola bilərdi. Nə yaxşı bir qədər səbr edib öz ölkənizin yığmasında çıxış etmək növbənizi gözləmədiniz?
– Türkiyə millisindən mənə təklif gəlmədi. Əks halda öz ölkəmin yığmasını seçərdim. Amma Azərbaycandan təklif gəldiyi üçün də çox xoşbəxtəm. Yenə deyirəm, xeyirlisi nədirsə, o da olsun.
 
– “Əskişəhərspor”da vəziyyətiniz necədi?
– Bura peşəkar futbolçu kimi transfer olunmuşam. 8 ay əsas komanda ilə məşq etdim. Daha sonra “Əskişəhərspor”un alman klubu ilə problemi ortaya çıxdı. Belə ki, türk klubu məni pulsuz transfer etdiyini düşündü. Ancaq vaxtı ilə Almaniyada oynadığm üçün keçmiş klubum pul istədi. Çünki məni futbolçu kimi “Ayntraxt” yetişdirib. Buna görə də hazırda əvəzedici komandadayam. Hələ ki, “Əskişəhərspor” pulu ödəməyib. Məbləği aşağı salmağa çalışırlar. Təəssüflər olsun ki, həmin problemə görə Super Liqa matçına çıxa bilmədim.
 
– Maraqlıdı, bugünə qədər ölkəmizə səfər etmisiniz? Ümumiyyətlə, Azərbaycan və onun futbolu haqqında nə kimi məlumatlarınız var?
– Azərbaycana indiyədək səfər etməmişəm. Ölkənizin Türkiyə ilə qardaş dövlət olmasından xəbərim var. Başqa elə də çox məlumatım yoxdu. Futbolunuzla bağlı bəzi məlumatlara sahibəm. Avropa Liqasında mübarizəni dayandıran “Qarabağ”ı və “İnter”i tanıyıram. Millinin futbolçularından isə Almaniyadan gələnlərlə tanışıq. Bunlar Dursun Akdağ və Taşkın İltərdi. Gələcəkdə Azərbaycan klublarından təklif olsa, bu barədə düşünərəm.
 
– Bəlkə də əsas millimizin baş məşqçisi Robert Prosineçkini tanyırsınız. Çünki vaxtı ilə Türkiyənin “Kayserispor” klubunu çalışdırıb. Bəs U-21-in baş məşqçisinin kim olduğunu bilirsiz?
– U-21-in baş məşqçisi Bernard Lippert olduğu üçün sevindim. Çünki onu tanıyıram. Almaniyada məhşurdu.
 
– Sizi üzən bir xəbər deyəcəm. Hazırda U-21-ə Lippert yox, Yaşar Vahabzadə başçılıq edir…
– Bu barədə məlumatım yox idi. İndi sizdən eşitdim.
 
– Azərbaycanla nə kimi bağlılığınız var?
 Heç bir bağlılığım yoxdu.
 
– Ölkəmizlə heç bir bağlılığınızın olmaması sizə problem yarada bilər axı. Nəzərə alaq ki, Azərbaycan vətəndaşı olmaq üçün ölkəmizdə 5 il yaşamağınız şərtdi.
– Lazım gələrsə, Türkiyə vətəndaşlığından Azərbaycan vətəndaşlığına keçərəm. Düzü, bunu etməzdən əvvəl menecerimlə danışmalıyam. Düzü, qanunlarınız barədə məlumatım yoxdu. Bu barədə AFFA-dan mənə heç nə deməyiblər.
 
 
EMİN SƏFƏROV
 
P.S.: Gördüyünüz kimi, ölkəmizdə əksər milliləşənlərə bax, bu şəkildə pasport verilir. Adamı Azərbaycanla heç nə bağlamır, amma o, çox asanca ölkəmizin vətəndaşı olacaq. Lippert, alman menecer və burada onlarla əlbir işləyənlər hər işi düzüb-qoşacaq. Əla bazardı, Azərbaycan pasportunun dəyərini düşünən, bu ölkənin qanunlarını saya salan kimdi? Təki kimlərinsə cibi dolsun. AFFA-nın baş katibi Elxan Məmmədov milli komandaları şəxsi piştaxtasına döndərib, Lipperti də makler təyin edib, faizini hesablayır.
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Dünya futbolu2024-04-30 11:47

Ronaldo “Kruzeyro”nu satdı

blank
Dünya futbolu2024-04-30 11:32

“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir

blank
Ölkə futbolu2024-04-30 11:25

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişib

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm