Dünya futbolu
ÇL: "Arsenal" evdə, "Atletiko" səfərdə uduzdu – YENİLƏNİB
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhəl…
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Futbolinfo.az xəbər verir ki, son olaraq bu gecə də azarkeşlər 2 qarşılaşmaya şahidlik ediblər.
İngiltərə təmsilçisi “Arsenal” Londonda Fransanı təmsil edən “Monako”nu sınağa çəkib. Knyazlıq təmsilçisi matçda sensasiyaya imza atıb. Liqa-1 klubu "Arsenal"ı Londonda 3:1 hesabı ilə məğlub edib ki, bu da cavab matçı üçün böyük üstünlük deməkdi.
Paralel keçiriləcək qarşılaşmada Madrid “Atletiko”su Almaniyada “Bayer”in qonağı olub. Leverkuzen təmsilçisi meydanı minimal hesablı qələbə ilə tərk edib.
UEFA Çempionlar Liqası
1/8 final
25 fevral
Arsenal (İngiltərə) – Monako (Fransa) 1:3
Qollar: Çemberlen, 90+1 – Kondoqbia, 38. Berbatov, 53. Karrasko, 90+4.
Bayer (Almaniya) – Atletiko (İspaniya) 1:0
Qollar: Hakan Çalhamnoğlu, 57.
Qırmızı vərəqə: Tiaqo Mendeş (Atletiko), 76.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…