Dünya futbolu
"Qumar oynadığım üçün peşman deyiləm”
"Mançester Siti"nin baş məşqçisi Manuel Pel…
"Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini Çempionlar Liqasının 1/8 finalında "Barselona"ya 1:2 hesablı məğlubiyyət barədə fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının məğlubiyyətini belə şərh edib:
"Qumar oynadığım üçün peşman deyiləm. Komandanı meydana iki mərkəz hücumçusu ilə çıxardım. Oyunçularım birinci hissədə tapşırdıqlarımın heç birini yerinə yetirmədilər. İlk qolu "Barselona"ya hədiyyə etdik. Sonra yenə də müdafiədəki səhvimiz ucbatından ikinci qolu buraxdıq. Messi penaltini vursaydı, işimiz daha çətin olacaqdı. Fasilədə rəqibə qarşı daha çox pressinq etməli olduğumuzu söylədim. Bunun sayəsində qol vurduq və qol epizodları yaratdıq. 10 nəfərlə qalmasaydıq, nəticə fərqli ola bilərdi. Səfərdə işimiz çətin olacaq".
Qeyd edək ki, matçın son dəqiqəsində Lionel Messi Pablo Zabaletanın kobudluğuna görə təyin olunan penaltini qola çevirə bilməyib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”