Milli komanda
Yığmamız norveçliləri 4 qolla üstələdi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında o…
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, bu gün komandamız toplanış çərçivəsində növbəti yoxlama oyunu keçirib.
Seçməmiz Norveç təmsilçisi “Konnerud”un U-17 komandası ilə üz-üzə gəlib. Görüş yığmamızın 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandamızın qollarını Elvin İmanlı (2 qol), Hacı Hacıyev, Bahadur Həziyev vurub.