Dünya futbolu
"Pula görə Azərbaycana gedib, məhv olmaq istəmədim"
İngiltərənin aşağı liqa təmsilçisi “Skantrop&rdquo…
İngiltərənin aşağı liqa təmsilçisi “Skantrop”un qış transfer pəncərəsində heyətinə qatdığı hollandiyalı hücumçu Kevin van Vin yerli mətubata açıqlama verib. Futbolinfo.az xəbər verir ki, gənc hücumçu açıqlamasında Bakının “İnter” klubundan təklif aldığını da deyib.
O, təmsilçimizi seçməməsinin səbəblərini belə izah edib: “Azərbaycan klubu daha çox pul verirdi. Ümumiyyətlə, orada böyük pullar var. Amma mən ora gedib, unudulmaq, məhv olmaq istəmirəm. İngiltərədə meydançalar da əla vəziyyətdədi. “Skantrop”u seçməyimin əsas səbəbi futbol oynamaqdı. Çünki mən futbolu çox sevirəm. Ona görə də buradayam”.
Qeyd edək ki, qış transfer pəncərəsində paytaxt təmsilçisi Kevin van Vini heyətinə qatmaq istəsə də, futbolçu İngiltərənin aşağı liqasında oynamağı üstün tutmuşdu.