Bizi izləyin

Premyer-liqa

“Neftçi” nəyi gözləyir?

Tərlan Əhmədov “Neftçi”yə sabiq baş məşq&cce…

blank
Tərlan Əhmədov “Neftçi”yə sabiq baş məşqçi Böyukağa Hacıyevin köməkçisi kimi gəlmişdi. İş elə gətirdi ki, bakılılar Çempionlar Liqasının elə ilk təsnifat mərhələsində Albaniya “Skenderbeu”suna məğlub oldu və paytaxt klubunun rəsmiləri dəyişikliyə əl atdı.
 
Hacıyev hələ bu oyundan öncə açıqlama vermişdi ki, “mərhələ adlamasaq, istefa verəcəm”. Tale onu iddialı açiqlamasına görə tez cəzalandırdı. Albanlar özündən güclü “Neftçi”ni yolundan, Böyükağa bəyi də postundan kənarlaşdırdı. Hacıyevin ölkə çempionatının gedişində tez-tez AFFA rəhbərliyi əleyhinə bəzən yerində, bəzən yersiz açıqlamaları, eləcə də onun bütün klubların bostanına daş atması, az qala hamının qarasınca danışması onsuz da kreslosunu laxlatmışdı. “Skenderbeu”ya məğlubiyyət isə ayrılıq üçün yerinə düşən bəhanə oldu.
 
Hacıyevin postundan göndərilməsi kimi yerinə Əhmədovun təyin edilməsi də gözlənilən idi. Çünki Sadıq Sadıqov “Neftçi”nin prezidenti olduğu müddətdə klubun əhatə dairəsini genişləndirməməsinə adət etmişik. Arif Əsədov əvəzedici komandadan baş məşqçi postuna gətirilmişdisə, Hacıyev sırf şəxsi tanışlığın sayəsində “Neftçi”də peyda oldu. Tərlan bəy də buna kimi köməkçi-məşqçi olduğundan onun seçilməsi normal idi.
 
Ancaq bu işdə “əmma” doğuran məqam odu ki, Əhmədova etimad tam deyil. Mövsum başlayanı liderlər qrupunda lövbər salan, heç bir rəqibindən aşkar geri qalmayan flaqmanda hələ də gənc məşqçiyə əvəzedici gözüylə baxırlar. Tərlan bəyə bu post tapşırılanda rəhbərlik ona 6 oyunluq şans verildiyini açıqlamışdı. İndi isə 10 tur geridə qalıb və Əhmədovla bağlı qərar hələ də verilməyib. O isə sanki tikan üstdə əyləşib: istənilən uğursuz oyun sonun başlanğıcı ola bilər. Təbii ki, belə qeyri-müəyyən vəziyyət də komandada gərginlik yaradır, işə köklənməyə əngəl törədir.
 
Bəs səbəb nədir: “Neftçi” Əhmədovu niyə rəsmən baş məşqçi kimi təyin etmir?
 
Tərlan bəy özu səmimi olmayan açıqlama verir: “Biz məşqçilər korpusu olaraq birlikdə çalışırıq. Burada önəmli olan bizim birliyimizdi. Bütün qərarlar da bir yedə qəbul olunur. İnanın ki, baş məşqçinin olub-olmaması yadıma da düşmür”.
 
Klub rəhbərliyi isə bu barədə susur. Ancaq bizdə olan bilgiyə görə, susqunluğun səbəbi var. Sadıqov daha təcrübəli məşqçi sorağındadı ki, növbəti büdrəmə olan kimi Əhmədovu əvəz etsin. Artıq bununla bağlı axtarışlar başlayıb. Yerli çalışdırıcı arzulayan Sadıq bəy Yunis Hüseynovla Şahin Diniyevdən birini seçmək istəyib. Yunis bəyin hansı səbəbdən imtina etdiyini dəqiqləşdirə bilməsək də, Diniyev şəxsi səbəblərdən təklifi yaxın buraxmayıb. Həmin vaxt hələ “Rəvan”la anlaşmayan Şahin bəy yüksək müqavilədən hazırkı məşqçilər korpusunun qalması şərtinə görə imtina edib. Klub rəhbərliyi həm Əsədovun, həm də Hacıyevin vaxtında çempion olduğundan düşünür ki, növbəti hədəfə çatmaq üçun baş məşqçi postuna sözəbaxan birini qoymaq lazımdı. Amma klub prezidentinin zəngi ilə oyunçu dəyişməyi, heyət qurmağı qəbul etməyən Diniyev bu təklifdən imtina edib.
 
Hər halda tezliklə sözəbaxan biri tapılacaq və yəqin ki, Əhmədov yenə köməkçi postuna qayıdacaq. Ancaq bu barədə qərarı tez vermək lazımdı. Çempionluğa oynayan komandanın baş məşqçisi əvəzedici olmamalıdı – ya Əhmədov rəsmən təsdiqlənməli, ya da xələf müəyyənləşməlidi. Həm də bu qərar Super Kubok oyununun nəticəsinə görə verilməməlidi.
 
CAVAD
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm