Milli komanda
Prosineçki Terimdən və Türkiyə futbolundan danışdı
Antalyada təlim-məşq toplanışında olan millimizin baş mə…
Antalyada təlim-məşq toplanışında olan millimizin baş məşqçisi Robert Prosineçki Türkiyənin "Milliyət" qəzetinə açıqlama verib. Futbolinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis AFFA ilə yanaşı bir neçə klubdan da təklif aldığını bildirib:
“Bir çox klubdan təklif almağıma baxmayaraq, Azərbaycanı seçdim. Azərbaycanda çox sayda istedadlı, potensiallı futbolçular var. Qarşıda Malta millisi ilə oyunumuz var. Səfərdə oynayacağıq. Qısa vaxt ərzində ən yaxşı şəkildə hazırlaşıb, bu görüşdə qələbə qazanmaq istəyirik”.
O, açıqlamasında “Beşiktaş”ın baş məşqçisi, həmyerlisi Slaven Biliçlə tez-tez görüşdüklərini də vurğulayıb: “Biliçlə dostluq münasibətimiz var. Onun rəhbərliyi ilə “Beşiktaş” hazırda yaxşı vəziyyətdədi. “Qalatasaray” və “Fənərbaxça” ilə mübarizə aparır. Biliç həm yaxşı insan, həm də yaxşı məşqçidi”.
Təcrübəli çalışdırıcı son olaraq Türkiyə millisi və keçmiş komandası “Kayserispor”dan da söhbət açıb: “Türkiyə millisini təcrübəli Fatih Terim çalışdırır. Onun başçılığı altında milli daha da inkişaf edir. Düşünürəm ki, Türkiyə millisi daha da uğurlu nəticələr əldə edəcək. “Kayserispor”da 1.5 il keçirdim. Yaxşı günlərimiz olub. Ümid edirəm ki, bu il çempion olaraq, yenidən Superliqaya qayıdarlar".
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib
- Dünya futbolu2024-04-30 11:32
“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir