Ölkə futbolu
Əcnəbilər klubları yalançı çıxartdı: Soyqırım təbliğ olunmayıb
Bu gün 26 fevral – Xocalı faciəsinin 23-cü ildönü…
Bu gün 26 fevral – Xocalı faciəsinin 23-cü ildönümüdü. Futbolinfo.az saytı olaraq, soyqırımla bağlı sorğu keçirdik. Ölkəmizdə top qovan bir neçə legioner futbolçulara sual ünvanladıq: "Bu gün Azərbaycanda Xocalı faciəsinin 23-cü ildönümüdü. Bu soyqırımla bağlı məlumatınız var? Sizə klub tərəfindən hər hansı məlumat verilib?"
Haşiyədən çıxaraq, qeyd edək ki, sorğu zamanı daha çox legionerin fikrini öyrənmək istəsək də, bu, baş tutmadı. Onlardan bir neçəsinin telefonuna zəng çatmadı, bəziləri isə ismarıclarımıza cavab vermədi.
Draqan Çeran, “Simurq”un serbiyalı hücumçusu: “Bu gün gül apardıq. Amma bu faciə ilə bağlı heç nə bilmirəm. Heç bir məlumat verilməyib”.
Freddi Mombonqo, AZAL-ın konqolu hücumçusu: “Bəli. Xəbərim var. Bu gün boş-bekar olmuşuq. Amma heç bir məlumatım yoxdu. Klubdan bu barədə heç bir məlumat almamışam”.
Jaba, “Bakı”nın braziliyalı hücumçusu: “Mən heç nə bilmirəm. Heç bir məlumatım yoxdu”.
Viktor Mendi, “Qəbələ”nin seneqallı hücumçusu: “Xocalı faciəsi ilə bağlı heç bir məlumatım yoxdu. Mənə bu barədə heç nə deməyiblər”.
ZAMİN ALLAHVERDİYEV