Dünya futbolu
Sterlinq üçün ideal komanda
“Liverpul”un gənc ulduzu Rahem Sterlinq uzun illər koman…
“Liverpul”un gənc ulduzu Rahem Sterlinq uzun illər komandasına xidmət etmək fikrindədi. Futbolinfo.az xəbər verir ki, onun hazırki sözləşməsi 2017-ci ildə bitsə də, klubun baş məşqçisi Brendan Rocers onu komandada saxlamaq niyyətində olduğunu bildirib:
“Agentimlə hər gün danışıram. O, bütün fikrimi futbola yönəltməyə çalışır və klubla özü danışıqlar aparacaq. Mən indi ancaq “Liverpul”un hər oyun qalib gəlməsi üçün çalışıram. Burada özünü məşqdə göstərən hər bir oyunçu meydana çıxa bilər. Fikrimcə, gənc futbolçular üçün “Liverpul”dan daha yaxşı komanda yoxdu”.
Qeyd edək ki, Sterlinq bu mövsüm İngiltərə Premyer Liqasında çıxdığı 24 oyunda 6 qol vurub və 5 məhsuldar ötürmə ilə fərqlənib.