Dünya futbolu
Rocers "Beşiktaş" məğlubiyyətini şərh etdi
Avropa Liqasının 1/16 final mərhələsində "Beşiktaş"a…
Avropa Liqasının 1/16 final mərhələsində "Beşiktaş"a (Türkiyə) məğlub olaraq avrokuboklardakı mübarizəsini dayandıran “Liverpul”un baş məşqçisi Brendan Rocers fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, ingilis klubunun çalışdırıcısı stadionda öt örtüyünün pis vəziyyətdə olduğunu qeyd edib:
"Əlbəttə, əhvalımız korlanıb. Biz yaxşı müdafiə olunduq. "Beşiktaş"a məhdud qol epizodları yaratmağa imkan verdik. Amma bir səhv bizə baha başa gəldi. Rəqib qol vurarkən çox geri çəkilmişdik və buna görə cəzalandıq. Onlar qol vurandan sonra da həyəcanlı deyildik. Səfərdə oynadığımızı üçün əsas vəzifə qapını toxunulmaz saxlamaq olmalı idi. Amma yaradıcı oyun göstərə bilmədik. Məğlubiyyətə bəraət yoxdu. "Liverpul" matça 2 hücumçu ilə çıxmışdı. Düşünmürəm ki, "Beşiktaş" çox qol şansı yaratdı. Çətin oyun olacağı məlum məsələ idi. Sadəcə ilk hissədə ələ düşən imkanlardan istifadə etmək lazım idi. Meydançanın vəziyyəti hər iki komanda üçün problem yaradırdı. Penalti seriyalarında zərbələri yerinə yetirən hər 5 futbolçu özünə inamlı idi. Deyan Lovrenə görə təəssüflənirəm. Çünki 120 dəqiqə yaxşı təsir bağışladı".
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar