Dünya futbolu
“Türkiyə futbolunun Avropadakı imicini yüksəltdik"
Avropa Liqasının 1/16 final mərhələsində "Liverpul"u d…
Avropa Liqasının 1/16 final mərhələsində "Liverpul"u devirib, 1/8 finala adlayan "Beşiktaş"da üzlər gülür. Futbolinfo.az xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Slaven Biliç qələbəni Türkiyə futbolu üçün yüksək qiymətləndirib:
"Liverpul"la səfər qarılaşmasında da pis təsir bağışlamamışdıq. İlk matçda hücumlarda cəsarətli çıxış etmək mümkün olmadı. Bu dəfə ilk hissədə gözəl oynadıq. “Liverpul"u mübarizədən kənarlaşdırmaq üçün oyun planına sadiq qalmalı idik. Müdafidə yaxşı oynadıq. Rəqib sürətli əks-hücumlara çıxa bilərdi. Tolqayın qolundan sonra topa nəzarət bizdə idi. Məsələni 90 dəqiqədə bitirə bilərdik. Penalti seriyaları başlamazdan öncə futbolçularıma dedim ki, üzərinizdə təzyiq hiss etməyin. 7 futbolçu penalti vurmaq istədi. Komandada özünəinam və qətiyyət vardı. Bu qələbə ilə Türkiyə futbolunun Avropadakı imicini bir qədər də yüksəltdik. Şübhəsiz, bu qələbəni haqq edirdik. Futbolçularımla fəxr edirəm".