Dünya futbolu
Paytaxt klubunun üzvünə qarşı irqçi təhqir
Dünən Avropa Liqasının 1/16 finalında keçirilən &ldqu…
Dünən Avropa Liqasının 1/16 finalında keçirilən “Feyenoord” – “Roma” görüşündə qalmaqal baş verib. Futbolinfo.az xəbər verir ki, iki komanda tərəfdarları arasında ilk matçdan bəri davam edən gərginlik revanşda daha da artıb.
Paytaxt klubunun 2:1 hesablı qələbəsiylə bitən matçda irqçilik çirkin üzünü bir daha daha göstərib. Holland azarkeşlər “Roma”nın fildişi sahilli oyunçusu Jervinyoya böyük banan maketi atıblar. Buna görə hakim matçı 2 dəqiqəlik dayandırıb.
Banan qalmaqalından sonra “Feyenoord”un üzvü Mihayl te Vrede qırmızı vərəqə alası meydançaya yad əşyaların atılması ilə nəticələnib. Bundan sonra hakim matçı dayandıraraq, oyunçuları paltardəyişmə otağına göndərib. Polisin 10 dəqiqəlik müdaxiləsindən sonra oyun davam edib.
Qeyd edək ki, iki komandanın tərəfdarları arasındakı gərginlik ötən həftə 1:1 bitən “Roma” – “Feyenoord” qarşılaşması ərəfəsində başlamışdı. İtalyanın paytaxtında iğtişaş törədən fanatlar polislə dalaşmışdı. UEFA-nın Hollandiya təmsilçisinə ağır cəza verəcəyi gözlənilir.