Premyer-liqa
Kaue: "Əvvəldən proqnoz vermək yanlış olar"
“Neftçi”nin futbolçusu Kaue da Silva Topaz P…
“Neftçi”nin futbolçusu Kaue da Silva Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində “Sumqayıt”la keçiriləcək oyun barədə fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında bunları deyib:
“Neftçi” hər oyuna qələbə üçün çıxır. “Sumqayıt”la matçda da bizi yalnız 3 xal qane edir. Fikrimcə, maraqlı və gərgin oyun olacaq. Rəqib komanda son 5 turda məğlub olmayıb. Müdafiədə və əks hücumlarda inamlı təsir bağışlayırlar. Qətiyyən arxayınlaşmaq olmaz. Qələbə qazanmaq üçün qol vurmalı və müdafiədə diqqətli olmalıyıq. Çempionluq uğrunda mübarizədə “Qarabağ” böyük üstünlük qazanıb. Amma bu o demək deyil ki, biz ruhdan düşməliyik. Aradakı xal fərqini azaltmağa çalışmalıyıq. Əvvəldən proqnoz vermək yanlış olar. Biz son ana qədər yalnız yüksək yerlər üçün oynayacağıq”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib