Dünya futbolu
Hollivud ulduzu İngiltərə klubunu alır
Dünyaca məşhur aktyor və rejissor Rasl Krou İngiltərə &Cced…
Dünyaca məşhur aktyor və rejissor Rasl Krou İngiltərə Çempionşip (1-ci divizion) komandalarından “Lids Yunayted”lə maraqlanır. Futbolinfo.az xəbər verir ki, o, klubu almaq fikrinə düşüb.
Hollivud ulduzu futbola olan marağından dolayı bu addımı atmaq niyyətindədi. Məşhur aktyor “tvitter” hesabına gələn "Lütfən, “Lids”i satın alın, komandanın köməyə ehtiyacı var" şəklindəki mesajı öz səhifəsində paylaşıb. Adrınca Krou bu sözləri yazıb: "Bunun yaxşı bir fikir olduğunu düşünən başqa kəslər də var mı?" Bundan sonra, təxminən iki milyon təqibçisi olan Kroua minlərlə təsdiq mesajı alıb.
Uzun illərdi “Lids”i izlədiyini deyən rejissor 2006-cı ildən bəri Avstraliya Reqbi Liqası komandalarından “South Sydney Rabbitohs”un 75 faiz səhmlərinin sahibidi. Kroun yaxın günlərdə “Lids Yunayted” rəhbərliyi ilə görüşüb-görüşməyəcəyi hələ bilinmir.