Ölkə futbolu
Prosineçki izlədi, Cavadovlu "Boluspor" büdrədi
Türkiyə PTT 1-ci Liqasında 22-ci turun oyunları keçiril…
Türkiyə PTT 1-ci Liqasında 22-ci turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, milli komandamızın üzvü Vaqif Cavadovun şərəfini qoruduğu "Boluspor" da növbəti oyununa çıxıb.
Bolu təmsilçisi doğma azərkeşlər önündə "Bucaspor"la üz-üzə gəlib. Milli komandamızın baş məşqçisi Robert Prosineçkinin stadiondan izlədiyi oyunda futbolçumuz 86-cı dəqiqədə meydana çıxıb. Görüş isə 2:2 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, "Boluspor" 28 xalla 9-cu pillədə qərarlaşıb.