Dünya futbolu
Ronaldodan yeni rekord
Madrid “Real”ının ulduz futbolçusu Kriştianu Ron…
Madrid “Real”ının ulduz futbolçusu Kriştianu Ronaldo yeni rekorda imza atıb. Futbolinfo.az xəbər verir ki, o, La Liqanın son turunda "Vilyarreal"la görüşdə fərqlənərək cari mövsüm primyerodakı 30-cu qolunu vurub.
22 matçda 30 qola imza atan portuqaliyalı beləliklə Avropanın aparıcı çempionatları tarixində 5 mövsüm ard-arda 30 və daha çox qol vuran ilk futbolçu olub. Öncəki mövsümlərdə ulduz futbolçu müvafiq olaraq 31, 34, 46 və 40 dəfə fərqlənmək imkanı tapmışdı.
Dörd mövsüm ardıcıl 30 və 30-dan artıq qol vuran futbolçuların siyahısı isə belədi: Deyv Hellidey, Cimmi Qrivz və Lionel Messi.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”