Ölkə futbolu
Hafiz Məmmədovdan daha bir şikayət – VİDEO
Müflisləçmiş iş adamı Hafiz Məmmədovun rəhbəri old…
Müflisləçmiş iş adamı Hafiz Məmmədovun rəhbəri olduğu "Bakı" klubu ilə bağlı qalmaqallı məsələlər tükənmək bilmir. Futbolinfo.az xəbər verir ki, hazırda maliyyə sıxıntıları yaşayan paytaxt təmsilçisi daha bir problemlə üzləşib.
Belə ki, torpaq alıb ev tikmək istəyən Oktay Abdulov adlı vətəndaş bir ildən sonra maraqlı mənzərə ilə qarşılaşıb. O, sənədlə aldığı torpaq sahəsinə baş çəkdiyi vaxt orada stadionun inşa edildiyini görüb.
Məlum olub ki, ərazidə “Bakı” futbol klubu üçün stadion tikilib. O, klub rəhbərliyi ilə görüşmək istəsə də, Abdulovun bu istəyi baş tutmayıb. Klubdan vətəndaşa kompensasiya verilməyəcəyi də bildirilib. Buna görə, Abdulovun çıxış yolu yalnız məhkəməyə müraciət etməkdi. Sizi həmin məsələ ilə bağlı hazırlanmış videoreportajla tanış edirik:
(ANS)
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-01 10:02
Vadim “Araz-Naxçıvan”ı fərqləndirir: “Psixoloji cəhətdən axsayırdıq”