Ölkə kuboku
AZAL-ın legioneri qayıtdı
Sabah Azərbaycan Kubokunun 1/4 mərhələsinin ilk oyununda səfərd?…
Sabah Azərbaycan Kubokunun 1/4 mərhələsinin ilk oyununda səfərdə "Neftçi" ilə qarşılaşacaq AZAL çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər" bu qarşılaşmaya tam heyətlə hazırlaşır.
Əldə etdiyimiz məlumata görə, zədə səbəbindən Premyer Liqanın son turunda "Neftçi" ilə görüşdə iştirak etməyən yarımmüdafiəçi Valeriy Kutsenko artıq komanda ilə birlikdə məşqlərə qoşulub. Ukraynalı futbolçunun sabahkı qarşılaşmada iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, "Neftçi" – AZAL görüşü sabah saat 17:00-da "Bakcell Arena"da baş tutacaq.